Rusiya Ukraynada döyüşən əsgərlər öləcəyi təqdirdə onların spermalarını dondurmağı təklif etdiyi iddia edilib. Beləlliklə, Ukraynada müharibəyə çağırılan rus kişilər spermalarını pulsuz dondurub sperma bankında saxlaya biləcəklər.
Qaziler.az "Haberl Global"a istinadla xəbər verir ki, bu barədə Rusiya Hüquqşunaslar İttifaqının rəhbəri İqor Trunov məlumat verib.
O bildirib ki, Səhiyyə Nazirliyi əsgərlərin spermasının dondurulması və saxlanılması xərclərini qarşılayacağını qəbul edib. Lakin nazirlikdən hələlik proqram haqqında açıqlama verilməyib.
Rusiyanın yerli mediasında çıxan xəbərlərdə səfərbərlik elan ediləndən sonra sperma bankalarına tələbatın əhəmiyyətli dərəcədə artdığı bildirilib.
QAZİLER.AZ