Bütün dünyada süni ətlə bağlı müzakirələr davam edərkən, İsraildə süni ət fabrikinin açıldığı elan edilib.
Qaziler.az xəbər verir ki, “New Atlas” qəzetində yer alan xəbərə görə, İsrail laboratoriyada istehsal etdiyi süni ət fabrikini Rehovot şəhərində açıb. Birinci mərhələ olaraq istehsal gücü gündə 500 kq süni donuz, toyuq və qırmızı ət olan fabrik rəhbərliyi süni mal əti məhsullarının da olacağını açıqlayıb.
Kütləvi istehsal olunan ilk fabrikin qurucusu “Ət texnologiyası” şirkətinin rəhbəri Yaakov Nahmias: “Məqsədimiz süni əti hamı üçün əlçatan etmək və onu gələcək nəsillərə bütün dünyaya nümunə kimi ötürməkdir”, deyə qeyd edib.
QAZİLER.AZ