ABŞ-da şiddətli soyuq havalar davam etməkdədir.
Qaziler.az "ensonhaber.com"a istinadla xəbər verir ki, Viskonsin ştatının Miçiqan gölünün sahilində yerləşən Gills Rok qəsəbəsində yaşanan qar fırtınasından sonra həyat iflic olub.
Belə ki, çayın sahilindəki estakada və hədiyyə dükanı tamamilə donub. 100 yaşı olduğu bildirilən binanın çöl hissəsinin tamamilə donduğu müşahidə edilib.
QAZİLER.AZ
