Hindistanda Korbet Milli Parkında pələng sərxoş dostlarına hücum edərək onlardan birini öldürüb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Hindistanda pələng üç sərxoş dosta hücum edib, onlardan birini öldürüb, digərlərini isə yaralayıb.
Bu barədə “India Today” məlumat yayıb.
Hücum Uttarakxanddakı Korbet Milli Parkında baş verib. Meşə Təsərrüfatı İdarəsindən verilən məlumata görə, dostlar təbiətdə spirtli içki qəbul edərkən onlara pələng hücum edib. O, dostlardan birini meşəyə sürüyərək orada parçalayıb. Ölən şəxsin iki yoldaşı da yaralanıb.
Polis uzun axtarışdan sonra ölən şəxsin meyitini kolluqdan tapıb.
Meşə Təsərrüfatı Departamentindən bildirirlib ki, son vaxtlar bu pələng artıq 10 nəfəri öldürüb. Departament işçiləri tələlər qurub, qruplar yaradıb, heyvanı axtarmaq üçün təlim keçmiş fillər də bura cəlb etsələr də uğur qazana bilməyiblər.
Ramnaqar administrasiyası vətəndaşları və ətraf qəsəbələrin sakinlərini Korbet Parkı ərazisinə səfərlərdən imtina etməyə çağırıb, çünki hücumların əksəriyyəti məhz orada baş verir.
QAZİLER.AZ

