Yaponiya Çindən gələnlər üçün Covid-19 tədbirlərini bərpa edir

Yaponiya Çindən gələnlər üçün Covid-19 tədbirlərini bərpa edir backend

Yaponiya hökuməti ölkədə Covid-19-a yoluxanlarının sayının yenidən artması ilə bağlı tədbirləri gücləndirməyə başlayıb. 

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Yaponiya hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çində Covid-19 hallarının yenidən artmaqda olduğu barədə açıqlamasından sonra ehtiyat tədbirləri görür.

Baş nazir Kişida Fumio jurnalistlərə verdiyi açıqlamada materik Çində virusa yoluxma hallarının artmasından narahat olduqlarını bildirib.

Çin dövlət və özəl qurumları tərəfindən açıqlanan xəstə sayındakı fərqə diqqət çəkən Kişida, "Yaponiyada vəziyyətin bütün detallarını anlamaq çətindir və narahatlıq artır" - deyib.

Yaponiyanın Baş naziri qeyd edib ki, Covid-19 xəstələrinin ölkəsinə “sürətli axını”nın qarşısını almaq üçün Çindən gələnlərdən Covid-19 testi tələb olunacaq.

Yeni qərara əsasən, dekabrın 30-dan etibarən test nəticələri müsbət çıxanlar 7 gün, virus əlamətləri olmayanlar isə 5 gün müddətinə karantinə alınacaq.

QAZİLER.AZ

Diaspora