Rusiyanın Yekaterinburq şəhərində üç uşağını boğaraq öldürməkdə şübhəli bilinən qadına qarşı ittiham irəli sürülüb.
Qaziler.az bildirir ki, REN TV-nin məlumatına görə, onu 20 ilə qədər həbs gözləyir.
İstintaqın məlumatına görə, 2022-ci il dekabrın 25-dən 26-na keçən gecə qadın yaşadıqları mənzildə 15 və 10 yaşlı oğullarını, beş aylıq qızını qətlə yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini və səbəblərini aydınlaşdırır. Yaxın vaxtlarda lazımi ekspertiza aparılacaq. İstintaq saxlanılan şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir.
QAZİLER.AZ