İsrail prezidenti İsaak Hersoq sosial media hesabından türkcə mesaj paylaşıb.
Qaziler.az haberglobal-a istinadən bildirir ki, Herzoq mesajında Türkiyənin Tel-Əvivdəki səfiri Şakir Özkan Torunların etimadnaməsini qəbul etməyi “səbirsizliklə gözlədiyini” yazıb.
Herzoq bu gün İsrailin Ankaradakı səfiri İrit Lillianın prezident Rəcəb Tayyib Ərdoğana etimadnaməni təqdim edərkən İsrail himni ilə qarşılanma mərasiminin görüntülərini sosial media hesabında paylaşıb.
İsrail prezidenti Hersoq türkcə bu sözləri paylaşıb:
"Bugün, Büyükelçi Irit Lillian, güven mektubunu Cumhurbaşkanı Recep Tayyip Erdoğan'a sunarken Ankara'da, Cumhurbaşkanlığı'nda yeniden HaTikvah'ı (İsrail milli marşı) duymak çok etkileyiciydi. Yakında, Türk Büyükelçi'nin güven mektubunu kabul etmeyi dört gözle bekliyorum. İsrail-Türkiye ilişkilerinde büyük bir adım."
QAZİLER.AZ