Ölkənin şimalından olan Kosovo serbləri son hərbi münaqişədən sonra ilk dəfə dekabrın 27-nə keçən gecə Mitrovitsa şəhərinin mərkəzində barrikadalar qurublar.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "AP News"-a istinadən xəbər verir.
"AP" xəbər verir ki, Kosovo serbləri və etnik albanlar arasında bölünmüş Mitrovitsa şəhərində bir gecədə dolu yük maşınlarından ibarət yeni barrikadalar qurulub.
Barrikadaların indiyədək yalnız Kosovo-Serbiya sərhədinə gedən magistral yollarda qurulduğundan bu, iki ölkə arasında son böhrandan sonra ilk dəfə baş verdiyi deyilir.
QAZİLER.AZ