Rusiya səfiri Bolqarıstan XİN-ə çağırılıb

Rusiya səfiri Bolqarıstan XİN-ə çağırılıb backend

Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiya səfiri Mitrofanovanı jurnalist Qrozevin axtarışa verilməsi haqqında olan elana görə çağırıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiya səfiri Eleonora Mitrofanova Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Bolqarıstan XİN əməkdaşı Bolqarıstanın BNT telekanalının efirində məlumat verib.

Bildirilir ki, buna səbəb “Bellingcat” nəşrində çalışan  bolqarıstanlı jurnalist Xristo Qrozevin Rusiya tərəfindən  axtarışa verilməsi olub.

QAZİLER.AZ

Diaspora