Bir qrup rus əsgəri Ukraynadan qaçıb

Bir qrup rus əsgəri Ukraynadan qaçıb backend

Səkkiz səfərbər edilmiş rusiyalı əsgər Ukraynadakı döyüş bölgəsindən qaçaraq silah və kamuflyajla Rusiyanın Moskva vilayətinin Podolsk şəhərinə gedib və orada təslim olublar. Daha sonra onlar hərbi prokurorluğa təhvil verilib.

Qaziler.az xəbər verir ki, “Mash Telegram” kanalının məlumatına görə, Ukraynadan qaçan ruslar Kalininqrad vilayətindən çağırılıb.

"Dekabrın 26-da axşam saatlarında 20-44 yaşlarında olan 8 kişi Podolsk polis şöbəsinə avtomat və pulemyotlarla gələrək silahlarını təhvil vermək istədiklərini bildiriblər. Sonradan məlum oldu ki, şöbəyə gələnlərin demək olar ki, hamısı polisdir. Kalininqrad vilayətində səfərbər olublar və təlimdən sonra Luqanska göndəriliblər”, - telekanal qeyd edir.

QAZİLER.AZ

Diaspora