Rusiyanın Baş naziri Mixail Mişustin hökumətə Ukraynadakı hərbi əməliyyatlara ayrılan büdcə vəsaitlərinin istifadəsinə nəzarət etməyi tapşırıb.
Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə o, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün əlaqələndirmə şurasının iclasında deyib.
O vurğulayıb ki, hərbi texnikanın istehsalına və təmirinə, eləcə də yanacağın alınmasına sərf edilən vəsaitlər yoxlanılıb.
Əhəmiyyətli məsələ xüsusi hərbi əməliyyat üçün ayrılan büdcə vəsaitlərinin istifadəsinə nəzarətdir. Hökumət hərbi və xüsusi texnikanın silahlarının təmiri və istehsalı, yanacaq və sürtkü materiallarının alınması üçün nəzərdə tutulmuş ehtiyatları yoxlamağı planlaşdırır”, - Mişustin qeyd edib.
QAZİLER.AZ