Tayvan lideri Tsai İnq-ven hazırda 4 ay olan məcburi hərbi xidmət müddətinin 2024-cü il yanvarın 1-dən etibarən bir ilə qədər uzadılacağını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb.
Tsai qərarın adanın Çinin mümkün hücumlarına qarşı müdafiə qabiliyyətini gücləndirmək məqsədi ilə verildiyini bildirib.
Tayvan lideri bəyan edib ki, məcburi hərbi xidmət edənlərə ödəniləcək aylıq əmək haqqı da 212 dollardan 661 dollara qədər artırılacaq.
Qərar 1 yanvar 2005-ci ildən sonra doğulan Tayvan kişilərinə şamil ediləcək.
QAZİLER.AZ