Ukraynadan olan 42 yaşlı qaçqın qadın Rusiyanın 20 yaşlı qızını öldürdüyünü öyrəndikdən sonra Varşavada özünü avtomobillərin təkərləri altına atıb.
Qaziler.az xəbər verir ki, bu barədə Polşanın “Wiadomości Warszawa” nəşri məlumat verib.
Polşanın küçələrindən birində patrulluq edən polis əməkdaşları bir qadının intihar məqsədi ilə özünü avtomobillərin altına atmaq istədiyini görüb. Qadın polislər tərəfindən dayandırılıb. Lakin sonra ukraynalı ana polislərin əlindən sıçrayaraq qaçmağa nail olub. Məlumatda bildirilir ki, o, Ukrayna dilində nəsə qışqıraraq özünü avtomobillərin altına atıb.
QAZİLER.AZ