Məmur üçüncü mərtəbənin pəncərəsindən yerə yıxılıb.
Qaziler.az zn.ua-ya istinadən bildirir ki, Hindistanın Rayaqada şəhərində Rusiya Federasiyasının Vladimir vilayətinin Qanunvericilik Assambleyasının aqrar siyasət komitəsinin rəhbəri Pavel Antov dünyasını dəyişib. Bu barədə Rusiya KİV-i regional parlamentə, həmçinin Hindistanın NDTV nəşrinə istinadən yazır.
“Vahid Rusiya” Partiyasının 65 yaşlı deputatı 2000-ci illərdə ət və kolbasa məhsulları istehsalı ilə məşğul olan “Vladimirsky Standard” şirkətini yaradıb. O, 2019-cu ildə Rusiya Federasiyasının ən varlı deputatları və dövlət qulluqçularının "Forbes" reytinqində təxminən 9,9 milyard rubl sərvətlə birinci yeri tutub. Növbəti il Antov bu siyahıda 26-cı olub.
Hindistanın NDTV telekanalı dekabrın 25-də rusiyalı turist "Pavel Antom"un öldüyü barədə məlumat verdikdən sonra onun ölümü ilə bağlı rəsmi məlumat yayılıb. Yerli polisin məlumatına görə, həmin şəxs otelin üçüncü mərtəbəsindən yıxılıb.
QAZİLER.AZ