Hindistanda aqressiv fil sürüsü Assam əyalətində gəzintiyə çıxan adamı tapdalayıb.
Hindistanda vəhşi fil sürüsü dostları ilə gəzintiyə çıxan şəxsi tapdalayaraq öldürüb.
Qaziler.az bildirir ki, bu barədə "The Assam Tribune" məlumat yayıb.
Hücum Assam ştatının Amosi Meşə Qoruğunda məşhur istirahət məkanında baş verib. Namqaon kənd sakini Nipul Bordoloi və bir neçə dostu dekabrın 26-da piknik etmək üçün oraya gəliblər.
Bir müddət sonra yaxınlıqdakı təpələrdə vəhşi fil sürüsü peyda oldu. Yerli mənbələrin məlumatına görə, yemək axtaran heyvanlar dərhal insanların yanına gedərək onlara hücum ediblər. Nipulun dostları qaça bilsələr də, o, aqressiv fillər tərəfindən yerindəcə tapdalanaraq öldürülüb.
QAZİLER.AZ