Hərbi hissələrdə qadın hərbi geyimlərinin ilk partiyaları sınaqdan keçirilməyə başlanılıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Facebook”da məlumat verib. O bildirib ki, Müdafiə Nazirliyi könüllülərlə birlikdə bir neçə aydır ki, qadın hərbi geyimlərinin hazırlanması məsələsi üzərində işləyir:
"Nəhayət, deyə bilərəm ki, qadın hərbi geyimlərinin və alt paltarlarının ilk partiyaları artıq sınaq üçün bir neçə komanda tərəfindən qəbul edilib", - deyə Reznikov bildirib.
O cümlədən könüllülərlə birgə hərbi qulluqçular üçün iki variantda kostyum və alt paltarı hazırlanıb ki, bu da hərbi hissələrdə eksperimental geyinmə zamanı öyrəniləcək. Səhra geyiminin mövcud modeli də araşdırılacaq, müdafiəçilər müxtəlif ölçülü tunika və şalvarla təmin olunacaqlar.
Reznikov qeyd edib ki, formalar test edildikdən sonra geyimlərin nüsxələri istehsalçı tərəfindən davamı tamamlanacaq.
QAZİLER.AZ