Fransanın Türkiyədəki səfiri Herve Maqro bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə APA-nın İstanbul müxbirinə diplomatik mənbələrdən bildirilib.
Səfirin Nazirliyə çağırılmasının səbəbinin Fransada PKK/PYD/YPG dairələrinin Türkiyəyə qarşı başlatdığı qara təbliğat olduğu qeyd edilib.
Nazirlik səfirə bununla bağlı narazılığını bildirib. Məsələ ilə bağlı Türkiyənin Parisdəki səfirinə də müvafiq təlimat və tapşırıqlar verilib.