Çin Covid-19 üçün xəstəlik təsnifatını A kateqoriyasından daha az sərt olan B kateqoriyasına endirəcək.
Qaziler.az CNN Türk-ə istinadla xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasından verilən açıqlamaya görə, artıq 8 yanvar 2023-cü il tarixindən Çinə gələcək tursitlər üçün karatin tələbi də ləğv ediləcək.
Bildirilib ki, bu qərar xəstəliyin daha az ölümcül xarakter daşıması və getdikcə hər kəsin yoluxa biləcəyi tənəffüs yolu infeksiyasına çevrilməsi ilə əlaqədardır.
Beləliklə, Covid-19 siyasətindəki bu dəyişikliklə artıq ölkəyə gələcək əcnəbilərə tətbiq edilən karantin öhdəliyi 8 yanvar 2023-cü ildən etibarən qaldırılacaq. Karantin ləğv edilsə belə, yola düşmədən 48 saat əvvəl verilən mənfi PCR testinin tələbi davam edəcək.
QAZİLER.AZ