Cənubi Koreya Şimali Koreyanın pilotsuz uçuş aparatlarının (PUA) hava məkanına daxil olmasından sonra ordusunun xəbərdarlıq atəşi açaraq döyüş təyyarələrini havaya qaldırdığını bildirib.
Qaziler.az İHA-ya isitinadla xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyaya məxsus bir neçə pilotsuz təyyarənin sərhədi pozaraq ölkənin hava məkanında təsbit edildiyini açıqlayıb.
Nazirlik Cənubi Koreya ordusunun Şimali Koreyanın İHA-larını vurmaq üçün döyüş təyyarələri və hücum helikopterlərini havaya qaldırmazdan əvvəl xəbərdarlıqlar etdiyini və xəbərdarlıq atəşi açdığını bildirib. Lakin PUA-ların vurulub-vurulmaması ilə bağlı məlumat paylaşılmayıb.
QAZİLER.AZ