İranlılar vaxtlarını daha çox istirahət və özlərinə qulluğa sərf edirlər

İranlılar vaxtlarını daha çox istirahət və özlərinə qulluğa sərf edirlər backend

İranlılar gün ərzində vaxtlarını daha çox istirahət və özlərinə qulluğa sərf edirlər. Onlar günün yalnız 2 saat 55 dəqiqəsini işlə məşğul olurlar.



Trend-in məlumatına görə, İranın Statistika Mərkəzinin ən son məlumatında bildirilir ki, 15 yaşından yuxarı iranlılar gün ərzində orta hesabla 13 saat 12 dəqiqə özlərinə qulluq, 3 saat 18 dəqiqə ev işləri ilə, 2 saat 55 dəqiqə isə işlə məşğul olurlar. Qeyd olunur ki, iranlılar zamanlarının 2 saat 3 dəqiqəsini isə ekran qarşısında keçirirlər.

Məlumatda bildirilir ki, kişilər qadınlardan daha çox idmanla məşğul olurlar.

Statistika mərkəzinin araşdırmasına görə, 15 yaşından yuxarı hər bir iranlı gün ərzində orta hesabla 16 dəqiqə idmanla məşğul olur, 9 dəqiqə isə əyləncəyə vaxt ayırırlar. Kişilər 22 dəqiqə, qadınlar isə 11 dəqiqə idman edirlər.

İranda gənclər gün ərzində orta hesabla 4 saat 24 dəqiqə zamanlarını təhsil işlərinə ayırırlar, 2 saat 10 dəqiqə isə ekran qarşısında keçirirlər.
Diaspora