Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Putin ölkəsinin xalqı haqqında diqqətçəkən açıqlamalar verib.
Qaziler.az xəbər verir ki, Putin bu barədə “Rossiya 1” televiziya kanalına danışıb. O bildirib ki, xalqın 99,9 faizi ölkənin rifahı üçün canlarını qurban verməyə hazırdır:
“Vətən üçün hər şeyini verməyə hazır olan vətəndaşlarımızın 99,9 faizinə gəldikdə, bu mənə anormal gəlmir. Bu məni bir daha əmin edir ki, Rusiya xüsusi ölkədir və özəl insanlara sahibdir”, - Rusiya lideri deyib.
Ölkədə bəzi insanların vətənpərvər davranmamasının onun üçün təəccüblü olmadığını dilər gətirən Putin: “Hər bir cəmiyyətdə öz maraqlarını düşünən insanlar var. Düzünü desəm, onları mühakimə etmirəm. Çünki hər insanın seçim azadlığı var”, - bildirib.
QAZİLER.AZ