FETÖ-çü Enes Kanter Ərdoğanı Papaya şikayət etdi - VİDEO

FETÖ-çü Enes Kanter Ərdoğanı Papaya şikayət etdi - VİDEO backend

Katoliklərin və Vatikanın dini lideri Papa Fransisklə görüşən FETÖ-çü Enes Kanter Ərdoğandan şikayətlənib.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, onlar arasında söhbət ayaqüstü olub.

“Fəthullah Gülən sizə salam söylədi”, - deyən FETÖ-çü Papanın əlini tutaraq bunları deyib:

“Ərdoğan mənim ölkəm Türkiyəni məhv edir. Xahiş edirəm, ölkəm üçün dua edin”, - deyə Kanter Papaya yalvarıb.

Papa isə cavabında: “Mənim üçün dua etsən, mən də sənin üçün dua edəcəm”, - qarşılığını verib.

QAZİLER.AZ

Diaspora