ABŞ-da "F-35" döyüş təyyarəsi təlim uçuşu zamanı şaquli eniş etmək istəyərkən qəzaya uğrayıb.
Yaxın günlərdə Texasda baş verən və pilotun fırlatma sistemindən istifadə etdiyi qəza, sözügedən döyüş təyyarələrinin təhlükəsizliyini bir daha gündəmə gətirib. Beləliklə, ABŞ-da baş verənlər İsraili səfərbər edib.
Qaziler.az xəbər verir ki, “The Times of Israel” qəzeti ABŞ-da baş verən qəzalardan sonra İsrail Hərbi Hava Qüvvələri 11 ədəd F-35 qırıcısını yoxlayacağını yazıb.
"İsrail hərbçiləri "F-35" Birgə Proqram Ofisinin tövsiyələrinə uyğun olaraq, "F-35" təyyarələrindən 11-ni xidmətə verməzdən əvvəl yoxlayacaq", - məlumatda deyilib.
"Təqdim olunan məlumatlardan müəyyən edilib ki, bu təyyarələrin təkrarlanan uğursuzluq ehtimalını aradan qaldırmaq üçün xüsusi yoxlamaya ehtiyacı var", - İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd edilib.
Qeyd edək ki, İsrail ABŞ-dan 50 ədəd "F-35" qırıcı almaq istəyir. İndiyə qədər 36 ədədi təslim edilib. Yerdə qalanların 2024-cü ilə qədər təslim ediləcəyi planlaşdırılır.
QAZİLER.AZ