Şimali Koreyaya məxsus pilotsuz təyyarələr Cənubi Koreyanın sərhədini pozdu

Şimali Koreyaya məxsus pilotsuz təyyarələr Cənubi Koreyanın sərhədini pozdu backend

Şimali Koreyaya məxsus pilotsuz təyyarələr Cənubi Koreyanın sərhədini pozub, buna cavab olaraq döyüş Cənubi Koreya döyüş təyyarələrini səmaya qaldırıb.

Cənubi Koreya KXDR-in dronlarına görə həyəcan siqnalı ilə qırıcıları, helikopterləri və hava hücumundan müdafiə sistemlərini hava sərhədlərinin pozulmasına görə hazırlıq vəziyyətinə gətirib

Qaziler.az bildirir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Cənubi Koreya ordusu səhər saatlardan etibarən Kengido əyalətinin sərhəd bölgələrində pilotsuz uçuş aparatları olduğu güman edilən bir neçə "naməlum obyekt" aşkar edib.

Aparatlar iki Koreyanı ayıran hərbi-demarkasiya xətti boyu uçuşlar həyata keçirib, Gimpoda, Kanxva və Padju adalarında görünüblər. Bundan sonra mülki uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Cənubi Koreya pilotsuz təyyarələri vurmaq üçün xəbərdarlıq mesajları verib, xəbərdarlıq atəşi açıb və qırıcı təyyarələri, hücum helikopterlərini və digər hərbi təyyarələri səmaya qaldırıb. 

 

mənbə: eurointegration.com.ua

 

 

 

Diaspora