MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli görüş planlaşdırılmır.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Azərbaycan prezidenti və Ermənistanın baş naziri Sankt-Peterburqda olacaqlar, lakin üç nəfərli görüş nəzərdə tutulmayıb”, - Peskov bəyan edib.
Qeyd edək ki, sonuncu dəfə Putin, Əliyev və Paşinyan üçtərəfli formatda oktyabrın sonunda Soçidə görüşüblər. Dekabrın 9-da Aİİ-nin Bişkek sammiti çərçivəsində Rusiya Federasiyasının prezidenti Ermənistanın baş naziri ilə ayrıca görüş keçirib.
Mənbə: İnterfaks