Ukrayna əsgərləri Yevgeni Priqojinin “Vaqner” şəxsi hərbi şirkətinin muzdlularından ibarət dəstəni əsir götürüblər.
Qaziler.az "Bizimyol.info"ya istinadla xəbər verir ki, ukraynalı jurnalist Volodimir Zolkinin qeyd etdiyi kimi, Priqojinin yaraqlılarının Ukrayna Silahlı Qüvvələrinin (USQ) əlinə keçməmək üçün özlərini qumbaraatanla partlatması barədə nağıllarına baxmayaraq, “vaqnerçilər” həvəslə əsir düşüblər.
“Tutulmamaq üçün qumbaraatanlarla özlərini məhv etmək əmri alan "Vaqner"in silahları, görünür, o qədər də yaxşı işləmir, partlayan heç bir şey olmayıb. Özləri də həvəslə USQ həbçilərinə təslim olublar”, – deyə jurnalist məhbuslarla çəkilmiş videonu yerləşdirərək yazıb.
"Görüntülərdə ən azı altı "Vaqner" məhbusu görünür. Onlardan biri əsgərə təsdiqləyib ki, Orenburq yaxınlığındakı koloniyadan azad edilərək işə götürülüb. Deməli, bunlar "Vaqnerlər"- məhbuslardır", - deyə o qeyd edib.
Artıq bir neçə aydır ki, Rusiya ordusunun Donetsk vilayətinin Baxmut şəhərinin kənarına və digər yaşayış məntəqələrinə mənasız hücumları davam edir. Baş Qərargah qeyd edib ki, şəhər Yevgeni Priqojin məkumları "azad" etdirərək onlardan ibarət yeni yaradılan “Vaqner” tərəfindən hücuma məruz qalıb.
Qərb analitikləri bu cür fanatizmi “Vaqnerçilərin” strategiyası, daha dəqiq desək, lider Yevgeni Priqojinin siyasi ambisiyaları ilə əlaqələndirirlər: “Kremlə güc nümayiş etdirən “Putinin aşpazı” Rusiya rəhbərliyinə sübut etməyə çalışır ki, məhz onun muzdluları effektiv döyüşçülərdir, həm də, bu ona hesablanıb ki, “Vaqner”in yaradıcısı ifrat sağçı auditoriya arasında dəstək alsın”, - deyə qeyd edilir.
Bununla belə, PMC böyük itkilərə məruz qalır. Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, Rusiyanın Baxmut bölgəsində irəliləmə sürəti son günlərdə "Vaqner"in itkiləri səbəbindən azalıb, baxmayaraq ki, hücumun kulminasiya nöqtəsinə çatıb-çatmadığını söyləmək hələ tezdir.