Rusiya quru qoşunlarının keçmiş komandanı ölüb

Rusiya quru qoşunlarının keçmiş komandanı ölüb backend

Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Aleksey Maslov 69 yaşında ölüb.

“Interfaks” xəbər verir ki, bu barədə A.Maslovun son illər işlədiyi “Uralvaqonzavod” konserni bildirib.

O, Burdenko adına Baş Hərbi Klinik Hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Federasiyasının Quru Qoşunlarına rəhbərlik edib, daha sonra Rusiyanın NATO-dakı baş hərbi nümayəndəsi olub. 2011-ci ilin oktyabrında hərbi xidmətdən ehtiyata göndərilib. O, son illərdə “Uralvaqonzavod”un hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

loading...
Diaspora