İran Türkiyədə törədilən terror aktlarını pisləyir

İran Türkiyədə törədilən terror aktlarını pisləyir backend

İran İslam Respublikası PKK-nın Türkiyədə törətdiyi terror aktlarını pisləyir. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfğam Tehranda keçirdiyi ənənəvi mətbuat konfransında deyib.



M. Əfğam rəsmi Tehranın Türkiyədəki terror hadisələrinə dair mövqeyini açıqlayaraq qeyd edib ki, terrorçuların dinc insanlara qarşı ölümlə nəticələnən hərəkətləri problemin həllini təmin etmir. Ona görə də barışıq üçün danışıqlar davam etdirilməli və məsələ sülh yolu ilə həllini tapmalıdır. Terror problemi nəinki həll etmir, əksinə onun daha da dərinləşməsinə yol açır.
Diaspora