İsveçrə parlamenti miqrasiya normalarının sərtləşdirməsinə qarşı çıxıb

İsveçrə parlamenti miqrasiya normalarının sərtləşdirməsinə qarşı çıxıb backend

İsveçrə parlamentində miqrasiya normalarının sərtləşdirilməsi ilə bağlı səsvermə keçirib.



AZƏRTAC xəbər verir ki, belə bir təşəbbüslə parlamentdə təmsil olunan mühafizəkarlar çıxış edib. Milli-Mühafizəkar Xalq partiyasının (SVP) tələbinə görə, ən azından mühacirlərə bir il siğinacaq verilməsini nəzərdə tutan qanunun fəaliyyəti dondurulmalı və silahlı qüvvələrin əlavə dəstəyi ilə sərhəddə nəzarət gücləndirilməlidir.

Artıq İsveçrə parlamentinin aşağı palatası və Milli Şura tərəfindən miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinə dair qanun layihəsi səsverməyə çıxarılıb. Deputatlar yekdilliklə miqrasiya qanunvericiliyinin dəyişdirilməsinə qarşı çıxıb. Qanun layihəsinin əleyhinə 103, lehinə isə 48 deputat səs verib.

Isveçrə Konfederasiyasının prezidenti Simonetta Sommaruqa və eləcə də parlamentdə yer alan solçular tərəfindən qanunda düzəlişlərə cəhd göstərən milli-mühafizəkarların bu addımı qınanıb. Solçu partiya təmsilçiləri hesab edirlər ki, mühafizəkarlar seçki kampaniyasındakı maraqları naminə cəmiyyətdə ksenofobiya abı-havası yaradırlar.

Qeyd edək ki, İsveçrə parlamentinə növbəti seçkilər oktyabrın 18-də keçiriləcək.