Suriyada bir türk əsgəri şəhid olub

Suriyada bir türk əsgəri şəhid olub backend

Bu gün Türkiyənin Hatay vilayəti ərazisində, Suriya sərhədində 1 əsgər şəhid olub.

APA-nın yaydığı məlumata görə, hadisə Hatayın Reyhanlı qəsəbəsində baş verib. Suriya istiqamətindən naməlum şəxs və ya şəxslər Türkiyə ərazisinə atış açıb. Nəticədə sərhəddə güllə yarası alan türk əsgəri həlak olub.