Rusiya qoşunları Milad və Yeni il bayramlarında Ukraynaya yeni raket zərbələri endirə bilər.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir videomüraciətində bildirib. O qeyd edib ki, işğalçılar istənilən dəyərlərə xor baxırlar.
"Yaxınlaşan bayram mövsümündə rus terrorçuları yenidən aktivləşə bilər. Onlar xristian dəyərlərinə və ümumiyyətlə, istənilən dəyərlərə xor baxırlar. Buna görə də, lütfən, hava hücumu siqnallarına diqqət yetirin, bir-birinizə kömək edin və bir-birinizin qayğısına qalın. ”, - deyə dövlət başçısı çağırış edib.
QAZİLER.AZ