Ukraynaya məxsus helikopteri Macarıstana qaçırmaq istədilər

Ukraynaya məxsus helikopteri Macarıstana qaçırmaq istədilər backend

Ukrayna Dövlət Sərhəd Xidməti saxta sənədlərlə helikopterin ölkədən çıxarılmağa cəhd edildiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti  öz “Telegram” kanalında məlumat yayıb.

Belə ki, “Ka-26” helikopteri Tisa keçid məntəqəsindən keçərək Macarıstana aparılıb. Gömrük əməkdaşları ilə sərhədçilər yoxlama zamanı göndəriş sənədlərində malın istehsalçısı haqqında yanlış məlumatların olduğunu aşkar ediblər. Sonradan bu, məhkəmə-tibb eksperti tərəfindən təsdiqlənib.

Xidmətin məlumatına görə, ələ keçirilən helikopterin dəyəri 1 milyon 924 min qrivendən (52 min dollar) çox qiymətləndirilir.

Qeyd edilib ki, “Ka-26” 60-cı illərdə hazırlanmış çoxməqsədli sovet helikopteridir. Əsasən mülki məqsədlər üçün istifadə olunur.

QAZİLER.AZ

Diaspora