Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətində PKK/YPG üzvləri 2 ərəb qadını zorlayaraq öldürüblər.
Qaziler.az “timeturk.com”a istinadla xəbər verir ki, bu barədə yerli mənəblərdən daxil olan məlumatda qeyd edilib.
Terrorçuların zorlayaraq öldürdükləri qadınlar Sur kəndində Bakkara qəbiləsinə mənsub olublar.
Bu hadisəyə Deyr əz-Zor Hərbi Şurasının lideri Ebu Havle və onun tərəfdarları, həmçinin bölgə xalqı terror təşkilatına qarşı nümayişlər keçirərək reaksiya verib.
QAZİLER.AZ