Suriyadan ailəsi ilə iki il əvvəl Türkiyəyə sığınan "Gələcəyin dahisi" adını almış istedadlı pianino ifaçısı Tambi Asaad Cimuk Bolqarıstanda qatıldığı beynəlxalq musiqi yarışmasında birinci yerə sahib olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Bolqarıstanda keçirilən III "Heirs of Orpheus" adlı musiqi yarışmasında 17 yaşlı gənc özünü bir daha təsdiqləyib. Dəfələrlə müxtəlif festivallarda birincilik qazanan gənc pianinoçu ABŞ, Rusiya, Kanada və Almaniyanın konservatoriya akademiyalarının ən üstün performans diplomları ilə təltif edilib.
Qeyd edək ki, hazırda qatıldığı bütün mötəbər festivallarda qardaş Türkiyəni təmsil edən istedadlı gənc 2017-ci ildə ABŞ-da keçiriləcək beynəlxalq "Long Island Konservatuvarı" festivalına vəsiqə qazanaraq müxtəlif mükafat və diplomlarla təltif edilib.