İslamabadda bomba yüklü avtomobil partladılıb, bir polis ölüb, dördü yaralanıb - VİDEO

İslamabadda bomba yüklü avtomobil partladılıb, bir polis ölüb, dördü yaralanıb - VİDEO backend

Dekabrın 23-də Pakistanın paytaxtı İslamabadda partlayış baş verib.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti "Geo" telekanalına istinadən xəbər verir.

Kanal qeyd edir ki, bomba yüklü avtomobilin partlaması nəticəsində ən azı bir polis həlak olub.

Bildirilib ki, avtomobilin partlaması nəticəsində 4 polis yaralanıb.

Polis mənbələrinin telekanala verdiyi məlumata görə, partlayış polisin avtomobili yoxlamaq üçün saxlamasından sonra baş verib.

Dawn telekanalının məlumatına görə, avtomobil klinikanın yaxınlığında partlayıb.

QAZİLER.AZ

loading...
Diaspora