Atəşkəs razılaşmasına baxmayaraq, Ukraynanın şərqindəki separatçılar mühasirə şəraitində olan Debaltsevo şəhərini ələ keçirmək cəhdlərini davam etdirirlər.
“112.ua” saytının verdiyi xəbərə görə, ukraynalı jurnalist Andrey Tsaplienko separatçıların Debaltsevo milis idarəsinin binasını və dəmir yolunu ələ keçirdiyini yazıb.Ukrayna DİN-in Donetsk vilayəti üzrə Baş İdarəsinin rəis müavini İlya Kiva separatçıların şəhərdəki dəmir yolu vağzalının bir hissəsini ələ keçirdiyini deyib və milis idarəsi binasının ələ keçirildiyi barədə xəbəri təsdiq etməyib. O, hazırda şəhərdə küçə döyüşlərinin getdiyini söyləyib. İ. Kiva Ukrayna ordusunun ağır silahlardan istifadə etməsinin vacib olduğunu bəyan edib. Xatırladaq ki, atəşkəs razılaşmasına uyğun olaraq Ukrayna tərəfi ağır artilleriyadan istifadəni dayandırıb.