Hindistan səfiri Putin-Modi görüşünün tarixini açıqladı

Hindistan səfiri Putin-Modi görüşünün tarixini açıqladı backend

Hindistanın baş naziri Narendra Modi ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş 2023-cü ilə planlaşdırılır.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti-yə Hindistanın Rusiya Federasiyasındakı səfiri Pavan Kapur məlumat verib.

O qeyd edib ki, iki ölkə lideri daim təmasdadırlar. Onlar bir həftə əvvəl telefonla danışıblar.

"Bu görüşün hansı formatda olmasının fərqi yoxdur - formal sammit və ya danışıqlar, istənilən halda görüşəcəklər", - deyə səfir bildirib.

Dekabrın 16-da telefon danışığı zamanı Modi Rusiya liderini Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparmağa çağırıb.

QAZİLER.AZ

Diaspora