ABŞ neftin qiymətlərini artıracaq

ABŞ neftin qiymətlərini artıracaq backend

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ABŞ-da hasilat həcmlərinin azalması fonunda dünya bazarlarında neftin qiymətlərinin artmasını gözləyir. Bunu Trend-ə agentliyin Korporasiyalar şöbəsinin baş direktoru Maksim Edelson deyib.



Onun sözlərinə əsasən, neftin qiymətlərinin azalmasına bir neçə faktor təsir edir ki, onlardan əsası ABŞ-da şist neftin hasilatının həcminin böyük olmasıdır: “ABŞ-da şist neftin hasilatının maya dəyəri olduqca yüksəkdir (1 barelə görə 50-100 dollar) və buna görə də neft şirkətlərinin bəziləri bazarı tərk ediblər. Bu hasilat həcminə hələ təsir etməyib, lakin yaxın bir neçə il ərzində təsirini göstərəcək”.

Baş direktor bildirib ki, özəl istehsalçılar hazırda çox çətin vəziyyətdədirlər, çünki onların tarixən aldıqları pul axını tam tükənməsə də, xeyli azalıb: “Lakin bu şirkətləri maliyyələşdirməyə hazır olan sərmayədarlar var. Bu da onlara neftin indiki qiymətləri fonunda mövcudluğunu davam etdirməyə imkan verir. Neftin qiymətləri məsələsi onun nə vaxt ucuzlaşacağına və bunun hansı məbləğə qədər azalacağına söykənir. Biz gözləyirik ki, azalma baş verəcək və o, özü ilə neft kotirovkalarını yüksəldəcək. Ancaq bu, mütləq baş verməlidir. Çünki ABŞ-ın neft hasilatçı şirkətlərinin bəziləri çox çətin maliyyə vəziyyətindədirlər və faktiki olaraq onları maliyyələşdirən banklardan asılıdırlar”.
Diaspora