Almaniyanın federal prokurorluğu ölkənin Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşını dövlətə xəyanətdə şübhəli bilərək həbs edib.
Qaziler.az bildirir ki, həmin şəxs Rusiyaya casusluq etməkdə şübhəli bilinir.
“Европейская правда” xəbər verir ki, bu barədə ilk olaraq “Spigel” məlumat verib, sonradan bu məlumatı Almaniya prokurorluğu da təsdiqləyib.
Almaniyanın federal prokurorluğunun məlumatına görə Federal Ali Məhkəmənin qərarı ilə Almaniya vətəndaşı Karstena L. həbs edilib.
Bildirilib ki, Almaniya xüsusi xidmət orqanının bu əməkdaşı 2022-ci ildə peşəkar fəaliyyəti zamanı əldə etdiyi məlumatları Rusiya kəşfiyyat xidmətinə ötürüb. Məlumatların nədən ibarət olduğu isə dövlət sirri olduğuna görə açıqlanmır.
QAZİLER.AZ