Makronun Rusiyaya "zəmanət verilməsi" ilə bağlı sözlərinə Polşadan CAVAB

Makronun Rusiyaya "zəmanət verilməsi" ilə bağlı sözlərinə Polşadan CAVAB backend

Fransa prezidenti Emanuel Makronun Moskvaya qondarma “təhlükəsizlik zəmanəti” verilməsi ilə bağlı dedikləri bağışlanmaz strateji səhvdir. Çünki Rusiya Federasiyası NATO və ya Ukraynanın hücumu ilə təhdid edilmir.

Qaziler.az-ın məlumatına görə, bu barədə RBC-Ukrayna Polşa xarici işlər nazirinin müavini Pavel Yablonskiyə istinadən bildirib. 

"Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik təminatının verilməsi zərurəti ilə bağlı bəyanatları strateji səhv kimi qiymətləndirilir. Rusiya kənardan hücumla təhdid edilmir, ona əlavə təminat lazım deyil, çünki  onu təhdid edən heç nə yoxdur", - Yablonski bildirib. 

O, həmçinin vurğulayıb ki, Rusiya diktatoru Vladimir Putinlə hər hansı danışıqların mənası yoxdur.

QAZİLER.AZ

 

 

Diaspora