“Kiyev hakimiyyəti Yeni il üçün geniş miqyaslı şənliklər planlaşdırmır. Paytaxtda saat 23:00-dan 5:00-a kimi komendant saatı var”
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Kiyev Şəhər Şurasının katibi Volodimir Bondarenko Kiyev kanalına açıqlamasında deyib.
"Komendant saatı Yeni il üçün də qüvvədə olacaq. Ona görə də paytaxtda Yeni il və Milad bayramı ilə bağlı böyük şənliklər olmayacaq", - V. Bondarenko bildirib.
Eyni zamanda, o, dekabrın 19-dan etibarən Kiyevdə bayram abu-havası yaratmaq məqsədilə Sofiyskaya meydanında ölkənin əsas yolkasının yandırıldığını bildirib.
QAZİLER.AZ