"Zelenski Vaşinqtonda “qorxmaz kovboy” obrazında görünmək istədi" - Zaxarova

"Zelenski Vaşinqtonda “qorxmaz kovboy” obrazında görünmək istədi" - Zaxarova backend

Rusiya XİN sözcüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin piar məqsədilə ABŞ-a səfəri ərəfəsində şiddətli döyüşlərin getdiyi Artyomovska getdiyini deyib.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, o bu barədə brifinqdə çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, Zelenski hərbi yardımın artırılmasına nail olmaq üçün Vaşinqtonda “qorxmaz kovboy” obrazında görünmək istəyib.

“Səfər xarici auditoriyaya, ilk növbədə ABŞ üçün nəzərdə tutulub. O, qorxmaz kovboy şəklində amerikalı kuratorların qarşısına çıxmalı və hərbi yardımın artırılmasını əhəmiyyətli dərəcədə tələb etməli idi”, - Zaxarova bildirib.

XİN sözcüsü əlavə edib ki, Zelenskinin ABŞ lideri Co Baydenlə danışıqları həm Kiyevin, həm də Vaşinqtonun sülhə nail olmaq istəyinin olmadığını göstərir: “Onlar mübarizəni davam etdirməkdə qərarlıdırlar”.

Zelenski dekabrın 20-də Artyomovskda olub. Bu səfər rəsmi elan olunmayıb. Ukrayna lideri ölkənin Silahlı Qüvvələrinin qabaqcıl mövqelərinə baş çəkib, ukraynalı hərbçiləri fərqlənmə nişanları və qiymətli hədiyyələrlə təltif edib və sonra şəhəri tərk edib.

QAZİLER.AZ

Diaspora