Rusiyada qadın məhbusların müharibəyə göndərilməsi təklif edildi

Rusiyada qadın məhbusların müharibəyə göndərilməsi  təklif edildi backend

Rusiya Federasiyası Sverdlovsk vilayətinin deputatı Vyaçeslav Veqner qadın məhvusların Ukraynaya müharibəyə göndərilməsini təklif edib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Dojd” yazıb.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrindən birində olan rus qadınlar ona müraciət ediblər:

“İndi mənə Sverdlovsk vilayətinin Nijni Taqil şəhərindəki İK-6-da cəza çəkən qadınlardan ibarət bir qrup şəxs müraciət edib. Onlar xüsusi hərbi əməliyyatların keçirildiyi bölgəyə zonasına rabitəçi, həkim, tibb bacısı kimi getməyə hazır olduqlarını bildiriblər. Oradakı hərbi qulluqçularımıza mümkün köməklik göstərilə bilər”, - deyə deputat bildirib.

QAZİLER.AZ

Diaspora