Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə müharibə zamanı xarici səfər üçün Ukraynanı tərk edib və hazırda Vaşinqtondadır.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Zelenskinin ABŞ-da hava limanında qarşılanmasının foto və videoları “Telegram”da yayımlanıb.
Prezidentin sözlərinə görə, o, Vaşinqtona ştatlarla əməkdaşlığı davam etdirmək üçün gedib:
"Bu gün mən Amerika xalqına, prezidentə və Konqresə Ukraynaya lazım olan dəstəyi verdiklərinə görə təşəkkür etmək üçün Vaşinqtondayam. Həm də qələbəmizi daha da yaxınlaşdırmaq və əməkdaşlığı davam etdirmək üçün... Ukraynanın müqavimətini və müdafiəsini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam", - Zelenski ABŞ səfərini şərh edib.
QAZİLER.AZ