Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona gözlənilməz səfərini ABŞ-ın Kiyevə dəstəyinin azalması ilə izah edib.
Qaziler.az xəbər verir ki, o bu barədə “Twitter” səhifəsində paylaşım edib. Onun fikrincə, Zelenski bu yolla məsələni Konqresə və cəmiyyətə yenidən sırımağa cəhd edir:
“Rusların enerji mənbələrini dağıtması və şəhərləri bombalaması nəticəsində ABŞ-ın dəstəyi azalmasaydı, o, bu səfəri etməzdi. Bu, Konqresə və cəmiyyətə sırımaq cəhdidir. Ukrayna ilə qalın”, - Psaki yazıb.
QAZİLER.AZ