Rusiyada iki uşaq virusdan ölüb

Rusiyada iki uşaq virusdan ölüb backend

Rusiyanın Lipetsk vilayətində SARS (kəskin respirator virus infeksiyası) əlamətləri olan iki uşağın öldüyü bildirilib.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, məlumat “GOROD48” portalında dərc edilib.

Səkkiz yaşlı uşaq Xlevenski rayonunun Verxnaya Kolıbelka kəndində dekabrın 18-də dünyasını dəyişib. Həmin gün rayonda 2 yaşlı uşaq da ölüb.

Mənbənin məlumatına görə, 8 yaşlı uşağın qızdırması olduğu üçün 6 gün məktəbə getməyib. Valideynləri də həkimə müraciət etməyiblər. Dekabrın 18-də işdən gələn ana evdə uşağının öldüyünü görüb.

İkicdi hadisə dekabrın 17-də baş verib. Belə ki, 2 yaşlı uşağın hərarəti kəskin qalxıb. Səhər saatlarında isə vəziyyəti pisləşib. Valideynləri təcili yardım çağırıb. Mənbə qeyd edir ki, reanimasiyaya yerləşdirilən uşağın həyatını xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ

Diaspora