Almaniya Afrikada Çinə qarşı hərəkətə keçdi

Almaniya Afrikada Çinə qarşı hərəkətə keçdi backend

Yoxsulluğu ilə tanınan “qara qitə"yə maraq son illər ölkələr arasında rəqabətin artmasına səbəb olub. Artıq Çin, Türkiyə, İtaliya və Hindistan kimi ölkələrin sırasına Almaniya da qatılır. Belə ki, Almaniya Afrika qitəsində enerji, xammal və yeni bazarlar axtarışında Çinə qarşı yeni strategiya hazırlayır.

Qaziler.az xəbər verir ki, “Handelsblatt” qəzetində dərc edilən məlumatda Almaniyanın “Afrika ilə Marshall Planı”nı yeni strategiya ilə dəyişdirərək qitədə, xüsusilə də Çinlə rəqabətə hazırlandığı qeyd edilib. Bununla yanaşı, Almaniya yeni Afrika strategiyası ilə yumşaq gücü artıraraq qlobal böhranlardan qorunmağı hədəfləyir.  

Həmçinin Almaniya öz milli hidrogen strategiyasına töhfə vermək üçün Afrikada yaşıl hidrpgen istehsalını və yerli hidrogen iqtisadiyyatının inkişafını təşviq etmək istəyir.

Almaniya büdcə dəstəyi verərək Afrika ölkələrinin borclarını ödəmələrini asanlaşdırmağı planlaşdırır.

İmmiqrasiyaya gəldikdə strategiyada aydın dəyişiklik etməyi hədəfləyir. Yeni strategiya gələcəkdə Afrika ölkələrindən qanuni immiqrasiya variantlarının dəstəklənməsinə də diqqət yetirəcək. Bu məqsədlə Afrika ölkələrindəki məsləhət mərkəzləri “Almaniya və Avropaya müntəzəm işçi miqrasiyasına” diqqət yetirəcək “miqrasiya və inkişaf mərkəzləri”nə çevriləcək. Strategiyaya görə, bu həm də Bacarıqlı İmmiqrasiya Aktının tətbiqinin inkişafına töhfə verəcək.

Almaniya Afrikada özəl investisiya imkanlarını, xüsusən də infrastruktur və enerji sahələrində istifadə etməyi planlaşdırır. Ölkədə mühüm infrastruktur və enerji şirkətlərinin olması Almaniyanın əlini güclü edir və bu vəziyyət onu qitə ilə maraqlanan digər Aİ ölkələrindən müsbət şəkildə fərqləndirəcək.

Afrikanın miqrant ölkələrinin sərmayələr vasitəsilə sabitləşməsinə və inkişafına kömək etməyi hədəfləyən Almaniya qitədən Avropaya gələn mühacirlərin sayını da azaltmağı hədəfləyir.

QAZİLER.AZ

Diaspora