Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Putinin son açıqlaması eşidənləri qorxudub.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında Ukraynaya da, NATO-ya da meydan oxuyub.
Putin “SARMAT II” nüvə raketlərinin tezliklə müharibə üçün yerləşdiriləcəyini bəyan edib.
Bundan başqa, Rusiya lideri ölkəsinin qarşısı alınmaz hipersəsli “Zirkon” raketlərindən Ukrayna müharibəsində istifadə ediləcəyini bildirib:
“Ordunu müasir silahlarla təchiz edəcəyik. Suriyadakı təcrübələrimizdən istifadə edəcəyik. NATO-nu ən gözəl şəkildə təhlil edəcəyik. "SARMAT II" raketləri tezliklə müharibə üçün yerləşdiriləcək. Biz nüvə qüvvələrinin döyüşə hazırlıını təkmilləşdirməyə davam edəcəyik”, - Putinin ifadələrində yer alıb.
QAZİLER.AZ