Rusiya prezidenti Vladimir Putin ölkəsinin hərbi gücünü artırmaqla bütün məqsədlərini tamamlayacağını bildirib.
Qaziler.az bildirir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.
"Rusiya hərbi gücünü artıracaq və bütün məqsədlərinə nail olacaq. NATO Rusiyaya qarşı bütün imkanlarından istifadə edir", - deyə Putin bildirib.
"Suriyada əldə etdiyimiz hərbi təcrübədən Ukraynada istifadə etməliyik.
Biz nüvə hazırlığını təkmilləşdirməyə davam edəcəyik", - deyən Putin dünyanı təhdid etməkdən əl çəkməyəcəyini bir daha sübut edib.
Mənbə: ensonhaber.com
QAZİLER.AZ