Zelenskinin ABŞ səfərindən müsbət nəticə çıxmaz - Kreml

Zelenskinin ABŞ səfərindən müsbət nəticə çıxmaz -  Kreml backend

Kremlin sözçüsü Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərindən müsbət nəticə gözləmədiklərini bildirib.

Qaziler.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rusiyanın Donetskə əlavə hava hücumundan müdafiə sistemləri göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov: "Rusiya prezidenti Vladimir Putin Donetskdə vəziyyətin kifayət qədər çətin olduğunu söyləyib. Rusiya Müdafiə Nazirliyi də vəziyyəti yaxşılaşdırmaq üçün lazım olan hər addımı atır" - deyib.

“Rusiya Zelenskinin ABŞ-a səfərindən müsbət nəticə gözləyirmi?” sualına Peskov “Xeyr” cavabını verib. 

ABŞ-ın Ukraynaya yeni silah tədarükünə dair suala isə Kreml sözçüsünün reaksiyası belə oldu: "Silah daşınması davam etdikcə göndərilən silahların çeşidi genişlənir. Bütün bunlar təbii ki, münaqişənin daha da dərinləşməsinə almasına səbəb olur və bu Ukrayna üçün yaxşı deyil".

QAZİLER.AZ

Diaspora